• 15.05.2026 » 17:43

Bakı-Ələt yolunda körpünün bir hissəsi çökdü

Bakı-Ələt yolunda körpünün bir hissəsi çökdü © sabirabadxeber.az
Şrift ölçüsü:

Bu gün saat 16 radələrində Bakı-Ələt magistralının Qobustan qəsəbəsindən keçən hissəsində körpüdə çökmə baş verib.

"Sabirabadxəbər" "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə zamanı yük avtomobili çökən hissəyə düşüb.

Hadisə nəticəsində ərazidə böyük tıxac yaranıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) sorğuya cavab olaraq bildirilib ki, qurumun əməkdaşları artıq əraziyə cəlb ediliblər:

"Hadisə yerində təhlükəsizlik tədbirləri görülüb və mütəxəssis qrupu göndərilib. Araşdırmadan sonra körpüyə dəymiş zərər müəyyən ediləcək və müvafiq tədbirlər görüləcək".

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva