• 13.05.2026 » 09:51

Azərbaycan Kubokunda final: "Sabah" "Zirə"yə qarşı

Azərbaycan Kubokunda final: "Sabah" "Zirə"yə qarşı © sabirabadxeber.az
Şrift ölçüsü:

Bu gün 2025/26 mövsümü futbol üzrə Azərbaycan Kubokunun final oyunu keçiriləcək.

"Sabirabadxəbər" xəbər verir ki, həlledici matçda artıq Azərbaycan çempionu adını təmin edən “Sabah”la “Zirə” üz-üzə gələcək. Matçı FİFA referisi Elçin Məsiyev idarə edəcək.

“Sabah” kubokun son qalibidir, “Zirə” isə bunadək 2 dəfə finala vəsiqə əldə etsə də, kuboku qazana bilməyib.

Azərbaycan kubokunun budəfəki final matçı Bakıda “Palms Sports Arena”da keçiriləcək.

13 may (çərşənbə)

20:00. “Sabah” - “Zirə”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Əli Əliyev
Ehtiyat köməkçi hakim: Gülnurə Əkbərzadə
VAR: Tural Qurbanov
AVAR: Rəhman İmami
“Palms Sports Arena”

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva