• 11.05.2026 » 09:02

Salyanda Ulu Öndər Heydər Əliyevin 103-cü ildönümü qeyd olunub

Salyanda Ulu Öndər Heydər Əliyevin 103-cü ildönümü qeyd olunub © sabirabadxeber.az
Şrift ölçüsü:
Salyanda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir keçirilib.
"Sabirabadxəbər" xəbər verir ki,tədbirdə Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəisi Araz Əlizadə, Milli Məclisin deputatı Günay Ağamalı, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, hərbi qulluqçular və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev adına Parkda Ulu Öndərin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad ediblər.
Sonra Heydər Əliyev adına meydanda konsert proqramı təşkil olunub. Konsertdə respublikanın tanınmış incəsənət nümayəndələri, özfəaliyyət kollektivləri və Salyan rayon Mədəniyyət Mərkəzinin solistləri tərəfindən Ulu Öndərə, Vətənə və müstəqil Azərbaycana həsr olunan musiqi nömrələri təqdim edilib.
Tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanan konsert proqramı rayon sakinlərinə xoş ovqat bəxş edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva