Şrift ölçüsü:
Çap et
Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Mil-Muğan Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə “Müstəqilliyin memarı – 103” adlı tədbir keçirilib.
Tədbir Ümummilli Liderin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi istiqamətində göstərdiyi misilsiz xidmətlərin, zəngin siyasi irsinin və milli inkişaf strategiyasının gənc nəsilə çatdırılması məqsədi daşıyıb.
Tədbirdə Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbili, müdir müavini Rabil Şahbazov və idarənin əməkdaşları iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətinin qurulması və inkişafı yolunda həyata keçirdiyi tarixi xidmətlərdən, uzaqgörən siyasi baxışlarından və müdrik idarəçilik prinsiplərindən danışıblar. Qeyd olunub ki, məhz Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində, ölkənin beynəlxalq nüfuzunun artmasında və dövlətçilik ənənələrinin formalaşmasında mühüm rol oynayıb. Vurğulanıb ki, Ulu Öndərin əsasını qoyduğu siyasi kurs bu gün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Çıxışlarda Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi sosial-iqtisadi nailiyyətlərdən, dövlətimizin güclənməsindən və beynəlxalq arenada mövqeyinin daha da möhkəmlənməsindən danışılıb. Eyni zamanda, Ali Baş Komandanın qətiyyəti və rəşadətli Azərbaycan Ordusunun şücaəti nəticəsində torpaqlarımızın işğaldan azad olunmasının xalqımızın tarixi qələbəsi olduğu xüsusi vurğulanıb. Bildirilib ki, bu şanlı Zəfər Ümummilli Lider Heydər Əliyevin ideyalarına sədaqətin və güclü dövlətçilik ənənələrinin parlaq təcəssümüdür.
#MilMuğanRTİ #EduAz #MÜTDA
Kopyalandı










