• 08.05.2026 » 12:30

Gədəbəyə dolu düşdü - FAKTİKİ HAVA

Gədəbəyə dolu düşdü - FAKTİKİ HAVA © sabirabadxeber.az
Şrift ölçüsü:

Mayın 8-i saat 11:00-a olan faktiki hava açqılanıb.

Milli Hidrometeorologiya Xidmətindən "Sabirabadxəbər"ə verilən məlumata görə, mayın 8-i saat 11:00-a olan məlumatına əsasən bəzi rayonlarda arabir şimşək çaxır, yağış yağır. Yağıntılar bəzi şimal və qərb rayonlarında intensiv xarakterlidir. Şahdağda isə arabir qar yağması müşahidə olunur.

Düşən yağıntının miqdarı Oğuzda 15, Ağdamda 14, Daşkəsən və Gədəbəydə 11, Gəncədə 5, Tərtərdə 4, Balakən, Qəbələ, Göygöl, Xınalıq və Qrızda (Quba) 3, Naftalan, Şəki və Göyçayda 2, Naxçıvan, Şahbuz, Culfa, Ordubad, Şəmkir, Bərdə, Ağstafa, Zaqatala, Yardımlı, Yevlax, Zərdab, Kəlbəcər, Laçın, Qubadlı, Xankəndi, Xocavənd, Şuşa, Xocalı, Füzulidə 1 mm-dək qeydə alınır.

Mayın 7-də Gədəbəy rayonu ərazisinə saat 19:36-19:37 radələrində xırda ölçülü dolu düşüb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva