• 04.05.2026 » 12:17

Beyləqanda yol infrastrukturu yenilənir - Fotolar

Beyləqanda yol infrastrukturu yenilənir - Fotolar © sabirabadxeber.az
Şrift ölçüsü:

Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq Beyləqan Rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində yol infrastrukturunun yenilənməsi və abadlaşdırılması istiqamətində işlər ardıcıl və fasiləsiz şəkildə davam etdirilir.

“Sabirabadxəbər” xəbər verir ki, görülən tədbirlər çərçivəsində Beyləqan şəhərinin Akif Əkbərov küçəsində, həmçinin M.Ə.Rəsulzadə küçəsinin 1 və 2-ci ara küçələrində asfaltlanma işləri yüksək keyfiyyətlə icra olunub.

Aparılan yenidənqurma işləri nəticəsində yol örtüyü müasir tələblərə uyğun şəkildə yenilənib, nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz və rahat hərəkəti təmin edilib.

Həyata keçirilən bu mühüm infrastruktur layihələri Beyləqan rayonunun ümumi abadlıq səviyyəsinin yüksəldilməsinə və sakinlərin həyat şəraitinin daha da yaxşılaşdırılmasına xidmət etməklə ardıcıl şəkildə davam etdirilir.


Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva