• 31.01.2026 » 17:40

Mil-Muğan Regional Təhsil İdarəsi tərəfindən eksternat qaydada aralıq imtahanları keçirilib

Mil-Muğan Regional Təhsil İdarəsi tərəfindən eksternat qaydada aralıq imtahanları keçirilib © sabirabadxeber.az
Şrift ölçüsü:

"Sabirabadxəbər.az" xəbər verirki,

Mil-Muğan Regional Təhsil İdarəsi üzrə əvvəlki illərdə ümumi təhsil müəssisələrinin ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyələrini başa vura bilməyən şəxslər üçün eksternat qaydada aralıq imtahanı keçirilib.


İmtahan prosesində İdarənin tabeliyində olan Beyləqan, İmişli, Sabirabad və Saatlı rayonları üzrə qeydiyyatdan keçmiş şəxslər iştirak ediblər. Ümumilikdə, müxtəlif səbəblərdən təhsilini yarımçıq qoymuş 361 nəfər bu imtahanlara qatılaraq biliklərini sınayıblar. Eksternlər müvafiq təhsil səviyyələri (IX və XI siniflər) üzrə təyin olunmuş fənlərdən imtahan veriblər.


Sərbəst (eksternat) təhsilalma formasının tətbiqində əsas məqsəd, vaxtilə təhsildən kənarda qalan şəxslərə ikinci şans vermək və onların təhsil sənədi əldə etmələrinə şərait yaratmaqdır.


Aralıq imtahanlarında uğurlu nəticə göstərən şəxslər növbəti mərhələyə vəsiqə qazanacaqlar. Həmin şəxslər ümumi orta və tam orta təhsil haqqında sənəd (attestat) almaq məqsədilə Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçiriləcək buraxılış imtahanlarında iştirak etmək hüququ əldə edəcəklər.


Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva