• Dünən, 18:10

Qoşqar Təhməzli sahibkarları qəbul edəcək

Qoşqar Təhməzli sahibkarları qəbul edəcək © sabirabadxeber.az
Şrift ölçüsü:

Qoşqar Təhməzli sahibkarları qəbul edəcək


"Sabirabadxəbər" xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli mayın 7-si saat 14:00-da Agentliyin inzibati binasında qida sahəsində fəaliyyət göstərən sahibkarları qəbul edəcək.


Qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlar, o cümlədən qida məhsullarının istehsalı, emalı, idxal-ixracı, daşınması, satışı və sair sahələrdə çalışan şəxslər onları narahat edən məsələlərlə bağlı Agentlik sədri ilə görüşə bilərlər.


Görüşdə iştirak etmək istəyən şəxslər ad, soyad, fəaliyyət sahəsi, müraciətin məzmunu və telefon nömrələrini göstərərək info@afsa.gov.az elektron poçtu vasitəsilə müraciət etməklə və ya (+994 77) 100 32 56 nömrəsinə zəng vurmaqla, həmçinin vatsap üzərindən əlaqə saxlamaqla mayın 6-dək qəbula yazıla bilərlər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva