• 27.04.2026 » 20:48

Beyləqanda əkin sahələrinin su təminatı gücləndirilir

Beyləqanda əkin sahələrinin su təminatı gücləndirilir © sabirabadxeber.az
Şrift ölçüsü:

Beyləqanda su təchizatının yaxşılaşdırılması məqsədilə yeni texnika cəlb olunub


"Sabirabadxəbər" xəbər verir ki, Beyləqan rayonunda yaz-yay mövsümünə keçidlə əlaqədar olaraq su təchizatının daha da yaxşılaşdırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Bu çərçivədə əkin sahələrinin suvarma suyu ilə təminatının artırılması, mövcud su arxlarının təmizlənməsi və bərpası istiqamətində müvafiq işlər görülür.


Görülən işlərin daha operativ və keyfiyyətli təşkili məqsədilə Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyi tərəfindən Beyləqan rayonuna xüsusi texnika və avadanlıq ayrılmışdır. Yeni texnikanın cəlb olunması su təsərrüfatı sahəsində aparılan işlərin effektivliyini artırmaqla yanaşı, əhalinin və kənd təsərrüfatı sahələrinin su təminatının yaxşılaşdırılmasına mühüm töhfə verəcəkdir.


Beyləqan rayonunun sakinləri, fermerlər və əkinçilər göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, o cümlədən Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyinə minnətdarlıqlarını bildirirlər.


Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva