Şrift ölçüsü:
Çap et
"Sabirabadxəbər" xəbər verir ki, Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən 2 və 11-ci siniflər üzrə buraxılış imtahanlarının nəticələri və cavabları artıq elan olunub. İmtahanda iştirak edən şagirdlər öz nəticələrini rəsmi platformalar üzərindən yoxlaya bilərlər.
Qeyd edək ki, nəticələrlə yanaşı, sualların düzgün cavab variantları da təqdim olunub. Şagirdlər topladıqları balları və cavab kartlarını şəxsi kabinetlərində ətraflı şəkildə görə bilərlər.
Əlavə olaraq bildirilib ki, nəticələrlə bağlı apellyasiya vermək istəyənlər üçün də yaxın günlərdə müraciət prosesi aktiv olacaq.
Kopyalandı



