• 20.04.2026 » 16:30

Gənc idmançımızdan böyük qələbə

Gənc idmançımızdan böyük qələbə © sabirabadxeber.az
Şrift ölçüsü:

"Sabirabadxəbər" xəbər verir ki, Sabirabad şəhər Nizami Gəncəvi adına 5 nömrəli tam orta məktəb öz yetirmələrinin uğurları ilə hər zaman fəxr edir. Bu uğurlardan biri də məktəbimizin IX sinif şagirdi Şıxəliyev İbrahim Maarif oğlunun qazandığı nailiyyətdir.

Gənc idmançımız Azərbaycan Jujutsinq Citsu Federasiyası tərəfindən təşkil olunan respublika turnirində yüksək hazırlıq və böyük əzmkarlıq nümayiş etdirərək I yerə layiq görülmüşdür. Bu mötəbər yarış Aprel döyüşləri qəhrəmanlarının xatirəsinə həsr olunmuş və iştirakçılar üçün həm mənəvi, həm də idman baxımından böyük əhəmiyyət kəsb etmişdir.

İbrahim Şıxəliyev turnir boyunca rəqibləri üzərində inamlı qələbələr qazanaraq öz bacarığını, gücünü və dözümlülüyünü nümayiş etdirmişdir. Onun qazandığı bu birincilik yalnız şəxsi uğur deyil, eyni zamanda məktəbimizin və ümumilikdə Sabirabad gəncliyinin idman potensialının göstəricisidir.

Belə nailiyyətlər bir daha sübut edir ki, düzgün istiqamətləndirilmiş gənclər gələcəyin qalibləridir. Məktəb kollektivi olaraq şagirdimizin bu sevindirici uğuru münasibətilə onu ürəkdən təbrik edir, valideynlərinə və müəllimlərinə təşəkkürümüzü bildiririk.

İbrahimə gələcək yarışlarda daha böyük zirvələr fəth etməyi, ölkəmizi beynəlxalq arenalarda uğurla təmsil etməyi arzulayırıq! 🥇

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva