• 15.04.2026 » 14:22

Azərbaycana Türkiyədən qanunsuz zərgərlik məmulatı gətirilməsinin qarşısı alınıb

Azərbaycana Türkiyədən qanunsuz zərgərlik məmulatı gətirilməsinin qarşısı alınıb © sabirabadxeber.az
Şrift ölçüsü:

Dövlət Gömrük Komitəsinin (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində qanunvericiliyin tələbləri pozulmaqla gömrük sərhədindən keçirilməsinə cəhd göstərilən zərgərlik məmulatları, dərman preparatları və siqaretlər aşkar edilib.

"Sabirabadxəbər"  xəbər verir ki, bu barədə DGK məlumat yayıb.

Məlumata görə, Trabzon-Bakı aviareysi ilə gələn iki nəfər Azərbaycan vətəndaşının çamadanlarına və əl yüklərinə stasionar rentgen qurğusu vasitəsilə baxış keçirilib və monitorda şübhəli cizgilər müşahidə olunduğundan əsaslı gömrük yoxlaması aparılıb.

Yoxlama zamanı çamadanlardan, əl yüklərindən və uşaq arabasından gömrük nəzarətindən gizlədilən, yazılı və ya şifahi formada gömrük orqanına bəyan edilməyən və 334 qram qızıl-zinət əşyaları, 2 264 həb, 84 kapsul, 47 flakon və 14 iynədən ibarət 8 adda dərman preparatları, məcburi nişanlanma ilə nişanlanmamış 1 200 ədəd siqaret aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva