Şrift ölçüsü:
Çap et
Sabirabad Rayon Mərkəzi Xəstəxanasında 19 yaşlı qadın xəstə “sağ yumurtalıq kistası” və “kəskin appendisit” diaqnozları ilə əməliyyata alınıb.
Aparılan müayinələr nəticəsində xəstəyə sağ tərəfli overektomiya (yumurtalığın çıxarılması) və yanaşı appendektomiya əməliyyatı icra olunub. Yumurtalıq toxumasının qorunması mümkün olmadığından, tibbi göstərişə əsasən overektomiya tətbiq edilib.
Əməliyyat həkim heyətinin peşəkarlığı və koordinasiyalı fəaliyyəti sayəsində uğurla başa çatıb.
👩⚕️ Əməliyyatı icra edən: Dr. Zülfüyyə
👨⚕️ Assistent: Dr. Elnur Əzizov
💉 Anestezioloq: Dr. Zəfər Cəfərov
Əməliyyatda iştirak edən bütün tibb heyətinə təşəkkür edirik.
Kopyalandı



