• 11.04.2026 » 19:25

İraqın yeni prezidenti o oldu

İraqın yeni prezidenti o oldu © sabirabadxeber.az
Şrift ölçüsü:

İraq parlamentində keçirilən prezident seçkilərinin ikinci turu başa çatıb.

“Sabirabadxəbər” “Tasnim”a istinadən xəbər verir ki, səsvermənin nəticələrinə görə, Kürdüstan Vətənpərvərlər İttifaqının (PUK) namizədi, kürd əsilli Nizar Amidi ölkənin yeni prezidenti seçilib.

Məlumata görə, gərgin keçən ikinci turda ümumilikdə 249 deputat iştirak edərək səs verib. N. Amidinin əsas rəqibi “Kürd İslam İttifaqı” Partiyasının üzvü Müsənna Əmin olub.

Qeyd edək ki, namizədlərdən heç biri birinci turda tələb olunan üçdə iki səs çoxluğunu (220 səs) qazana bilmədiyi üçün səsvermə ikinci tura qalıb. İkinci turda isə sadə səs çoxluğu ilə Nizar Amidi rəqibini geridə qoyaraq İraqın dövlət başçısı postuna sahib

çıxıb.Xatırladaq ki, İraqın hazırkı prezidenti Əbdüllətif Rəşid seçkilərdə iştirakdan imtina etdiyini açıqlamışdı.

Məlumat üçün bildirək ki, Nizar Amidi bundan əvvəl İraqın ətraf mühit naziri vəzifəsində çalışıb və prezident administrasiyasının rəhbəri kimi geniş siyasi təcrübəyə malikdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva