• 10.04.2026 » 17:30

Anar Əsədli vəkillərindən imtina etdi

Anar Əsədli vəkillərindən imtina etdi © sabirabadxeber.az
Şrift ölçüsü:

Hazırda həbsdə olan Azərbaycan Yüksəliş Partiyasının (red.-ləğv edilib) sədri Anar Əsədli vəkillərindən imtina edib.

“Sabirabadxəbər” xəbər verir ki, bu barədə onun feysbuk səhifəsində paylaşım edilib. A.Əsədlinin vəkilləri Zibeydə Sadıqova və Hikmət Əliyevin xidmətindən imtina etməsinin səbəbi açıqlanmayıb.

“Yeni vəkillə müqavilə bağlandıqdan sonra bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək”, - deyə qeyd edilib.

Qeyd edək ki, Anar Əsədli barəsində 4 il əvvəl külli miqdarda dələduzluq maddəsi ilə başlanmış cinayət işi ötən ilin payızında Baş Prokurorluq tərəfindən yenilənib. İş baxılması üçün məhkəməyə göndərilmişdi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva