• 10.04.2026 » 11:13

Moranlı və ətraf kəndlərdə abadlıq işləri genişlənir

Moranlı və ətraf kəndlərdə abadlıq işləri genişlənir © sabirabadxeber.az
Şrift ölçüsü:

Sabirabadın Moranlı kəndində yolların yaxşılaşdırılması istiqamətində işlər davam edir

09.04.2026-cı il tarixində Sabirabad rayon Moranlı kənd Bələdiyyəsi tərəfindən Əliləmbəyli, Çöl Ağaməmmədi, Sarxanbəyli, Moranlı və Bala Həşimxanlı kənd sakinlərinin müraciətləri əsasında kənddaxili yollara çınqıl örtüyünün salınması işləri davam etdirilir.

Aparılan işlər kəndlərdə nəqliyyatın hərəkətinin yaxşılaşdırılmasına, xüsusilə yağışlı hava şəraitində yaranan çətinliklərin aradan qaldırılmasına xidmət edir. Yol infrastrukturunun mərhələli şəkildə bərpası sakinlərin gündəlik həyatında rahatlığın təmin olunmasına və ümumi yaşayış səviyyəsinin yüksəldilməsinə mühüm töhfə verir.

Moranlı kənd Bələdiyyəsi tərəfindən həyata keçirilən bu təşəbbüs vətəndaş müraciətlərinə operativ yanaşmanın bariz nümunəsidir və digər yaşayış məntəqələri üçün də nümunəvi addım kimi qiymətləndirilir.

Qeyd olunmalıdır ki, bu cür sosial əhəmiyyətli layihələrin davamlı və geniş şəkildə həyata keçirilməsi üçün yerli vergilərin vaxtında ödənilməsi mühüm əhəmiyyət daşıyır. Yerli büdcənin formalaşması və infrastruktur layihələrinin icrası məhz bu vəsaitlər hesabına mümkün olur.


Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva