• 09.04.2026 » 17:50

Regionlarda mədəni qastrol proqramı – aprel 2026

Regionlarda mədəni qastrol proqramı – aprel 2026 © sabirabadxeber.az
Şrift ölçüsü:

🎭Regionlarda mədəni qastrol proqramı – aprel 2026


"Sabirabadxəbər" məlumat verir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə ölkənin aparıcı bədii kollektivlərinin iştirakı ilə Bakı və regionları əhatə edən genişmiqyaslı mədəni qastrol proqramı həyata keçirilir.


Layihə paytaxt və bölgələri vahid proqram çərçivəsində birləşdirən, ölkə üzrə geniş coğrafiyanı əhatə edən ilk sistemli mədəni qastrol təşəbbüslərindən biridir. Proqramın məqsədi regionlarda mədəni həyatın canlandırılması, yüksək səviyyəli incəsənət nümunələrinin daha geniş auditoriyaya təqdim olunması və ölkə üzrə vahid mədəni məkanın möhkəmləndirilməsidir.


📍Aprel ayında qastrol proqramı Xırdalan, Lənkəran, Sumqayıt, Xızı, Mingəçevir və Zaqatala şəhərlərini əhatə edir.


 🎶Aprel ayı konsert proqramı:


📍11 aprel – Xırdalan şəhəri

📌Abşeron rayon Mədəniyyət Mərkəzi | 🕒15:00

🎼Heydər Əliyev Sarayının Niyazi adına Dövlət Simfonik Orkestri


📍15 aprel – Lənkəran şəhəri

📌Q.Vəliyev adına Lənkəran şəhər Mədəniyyət Mərkəzi | 🕓16:00

🎼Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblı


📍18 aprel – Sumqayıt şəhəri

 📌Kimyaçı Mədəniyyət Sarayı | 🕒15:00

🎼Heydər Əliyev Sarayının Niyazi adına Dövlət Simfonik Orkestri 


 📍20 aprel – Lənkəran şəhəri

  📌Q.Vəliyev adına Lənkəran şəhər Mədəniyyət Mərkəzi | 🕓16:00

🎼R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının Estrada-Simfonik Orkestri


 📍22 aprel – Xızı şəhəri

  📌Heydər Əliyev Mərkəzi | 🕓16:00

  🎼M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Azərbaycan Dövlət Simli Kvarteti


 📍23 aprel – Mingəçevir şəhəri

 📌Heydər Əliyev Mərkəzi | 🕔17:00

  🎼F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Kamera Orkestri

 

 📍27 aprel – Zaqatala şəhəri

  📌Zaqatala rayon Mədəniyyət Mərkəzi | 🕓16:00

  🎼M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Bakı Dövlət Kamera Orkestri  


 📍29 aprel – Sumqayıt şəhəri

  📌Kimyaçı Mədəniyyət Sarayı |🕕18:00

  🎼Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestri, solistləri və xor kollektivi


Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva