• 06.04.2026 » 12:00

Saatlıda aprel döyüşləri iştirakçıları ilə görüş keçirilib

Saatlıda aprel döyüşləri iştirakçıları ilə görüş keçirilib © sabirabadxeber.az
Şrift ölçüsü:

"Sabirabadxəbər" xəbər verir ki, 03 aprel 2026-cı il tarixində Saatlı rayonunda bir qrup aprel döyüşləri iştirakçıları ilə görüş keçirilmişdir.
Saatlı Rayon İcra Hakimiyyəti başçısı aparatının, rayon polis şöbəsinin, RİHB-nın İƏD üzrə nümayəndəliklərinin, idarə və müəssisələrin məsul əməkdaşlarının və bələdiyyə sədrlərinin iştirakı ilə ailələrə səfər olunmuşdur.
Görüş zamanı iştirakçılarla səmimi söhbət aparılmış, onların döyüş xatirələri dinlənilmiş, göstərdikləri qəhrəmanlıq və vətənpərvərlik nümunələri yüksək qiymətləndirilmişdir. 
Görüşlərin keçirilməsində əsas məqsəd aprel döyüşləri qəhrəmanlarının igidliyinin təbliği və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə töhfə vermək olmuşdur.


Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva