• 04.04.2026 » 13:20

Şərqi Zəngəzurda daha bir bağça istifadəyə verildi

Şərqi Zəngəzurda daha bir bağça istifadəyə verildi © sabirabadxeber.az
Şrift ölçüsü:

Şərqi Zəngəzurda daha bir məktəbəqədər təhsil müəssisəsi fəaliyyətə başlayıb

"Sabirabadxəbər" bildirir ki , Aprelin 3-də işğaldan azad olunmuş Cəbrayıl rayonunun Horovlu kəndində eyni adlı körpələr evi-uşaq bağçası fəaliyyətə başlayıb.


220 yerlik bağçada uşaqlar üçün yeməkxana, oyun və musiqi otaqları yaradılıb. Binada həmçinin inzibati, kompüter və metodika otaqları fəaliyyət göstərir. Ərazidə uşaqların asudə vaxtını maraqlı keçirməsi üçün şərait təmin olunub.


Qeyd edək ki, Cəbrayıl rayonu Horovlu kənd körpələr evi-uşaq bağçası Şərqi Zəngəzur Regional Təhsil İdarəsi üzrə işğaldan azad olunmuş torpaqlarda fəaliyyətə başlayan 6-cı məktəbəqədər təhsil müəssisəsidir.


🇦🇿 Qayıdış davam edir!




Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva