"Sabirabadxəbər" bildirir ki, Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov rayonun hüquq mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə Çərəkə kənd sakinləri ilə növbəti səyyar qəbul keçirib.
Səyyar qəbul zamanı kənd sakinləri tərəfindən onları narahat edən müxtəlif sosial-məişət problemləri, o cümlədən yol infrastrukturu, içməli su təminatı, məşğulluq və digər məsələlər diqqətə çatdırılıb. Vətəndaşların müraciətləri diqqətlə dinlənilib, qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, araşdırılması tələb olunan müraciətlər isə aidiyyəti qurumların rəhbərlərinə tapşırılıb.
Qəbul zamanı çıxış edən Orxan Mürsəlov ölkə başçısı tərəfindən vətəndaş məmnunluğunun təmin olunmasının prioritet məsələ kimi qarşıya qoyulduğunu vurğulayaraq, bu cür səyyar görüşlərin əsas məqsədinin əhalinin problemlərini yerində öyrənmək və operativ həllinə nail olmaq olduğunu bildirib.
Sakinlər onların müraciətlərinə həssaslıqla yanaşıldığına görə minnətdarlıqlarını ifadə edərək, bu cür görüşlərin davamlı keçirilməsinin vacibliyini qeyd ediblər.
Sonda vətəndaşların qaldırdıqları məsələlərin nəzarətdə saxlanılacağı və mərhələli şəkildə həll ediləcəyi bildirilib.











