Şrift ölçüsü:
Çap et
Ağsuda avtomobil qəzası baş verib.
"Sabirabadxəbər" Şirvan bürosuna istinadən xəbər verir ki, hadisə gecə saatlarında baş verib.
Qəza nəticəsində Ağsu rayon Kəndoba kənd sakinləri, 2008-ci il təvəllüdlü Hüseynzadə Qəribxan Gulxan oğlu və 2006-cı il təvəllüdlü Paşayev Sadiq Ağasəf oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına çatdırılıblar.
Hazırda vəziyyətlərinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Kopyalandı



