• 01.04.2026 » 17:57

12 mindən çox vətəndaşa fişinq məktubları göndərilib

12 mindən çox vətəndaşa fişinq məktubları göndərilib © sabirabadxeber.az
Şrift ölçüsü:

Azərbaycan vətəndaşlarına qarşı yönəlmiş genişmiqyaslı fişinq kampaniyası aşkar edilib.

“Sabirabaxəbər” xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti (Milli CERT) məlumat yayıb. 

Bildirilib ki, təhlillər göstərir ki, kampaniya çərçivəsində ümumilikdə 580-ə yaxın unikal Azərbaycan domeninə aid e-poçt ünvanına, eləcə də 12 000-dən çox vətəndaşa (həm şəxsi, həm də korporativ e-poçt ünvanları daxil olmaqla) fişinq xarakterli elektron məktublar göndərilib. Müəyyən edilib ki, bu məktubların məzmununda istifadəçiləri çaşdırmaq məqsədilə hüquq-mühafizə orqanlarının adından hazırlanmış saxta ittiham xarakterli bildirişlər yer alıb.

İstifadəçilərin fərdi məlumatlarını ələ keçirmək məqsədi daşıyan bu hücumlarla bağlı Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara və təşkilatlara aşağıdakı təhlükəsizlik tədbirlərini görməyi tövsiyə edir:

• Naməlum və şübhəli mənbələrdən daxil olan e-poçt məktublarını açmamaq;

• E-poçt daxilində yerləşdirilmiş linklərə klik etməzdən əvvəl onların doğruluğunu mütləq yoxlamaq;

• Şübhəli əlavələri (faylları) yükləməmək və açmamaq;

• Rəsmi qurumlar adından daxil olan məktubların doğruluğunu həmin qurumların alternativ rəsmi kanalları vasitəsilə dəqiqləşdirmək;

• Belə hallarla qarşılaşdıqda dərhal Elektron Təhlükəsizlik Xidmətinə məlumat vermək.

Hazırda sözügedən fişinq kampaniyası ilə bağlı araşdırmalar davam etdirilir və təhlükənin qarşısının alınması üçün müvafiq zəruri texniki tədbirlər görülür.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva