• 01.04.2026 » 11:11

Bu qurumların istintaq orqanları birləşir

Bu qurumların istintaq orqanları birləşir © sabirabadxeber.az
Şrift ölçüsü:

Azərbaycanda üç qurumun istintaq orqanının birləşdiriləcəyi planlaşdırılır.

"Sabirabadxəbər" bildirir ki, söhbət Fövqəladə Hallar Nazirliyi, Dövlət Vergi Xidməti və Dövlət Gömrük Komitəsi nəzdində fəaliyyət göstərən istintaq idarələrindən gedir.

Əsasən büdcənin maliyyə siyasətini həyata keçirən qurumların istintaq strukturlarının birləşdirilərək xarici təcrübədə olduğu kimi vahid istintaq idarəsinin yaradılacağı gözlənilir. Yeni qurumun Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyinin nəzdində fəaliyyət göstərməsi nəzərdə tutulur. 

Bu birləşmənin əsas məqsədi istintaq proseslərində paralelliyi və təkrarlanmaları aradan qaldırmaq, resurslardan daha səmərəli istifadəni təmin etməkdir. Yenilik eyni zamanda, maliyyə və iqtisadi cinayətlərin araşdırılmasında vahid yanaşma tətbiq edərək operativlik və koordinasiyanı gücləndirəcək. Birləşmiş istintaq qurumuna da Baş Prokurorluq nəzarət edəcək.

Hazırda birgə strukturun fəaliyyətə başlaması üçün hazırlıq işlərinin aparıldığı bildirilir. 

Məlumat üçün deyək ki, Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi də yeni yaradılıb, ötən gün rəis təyin edilib.

Qeyd edək ki, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidmətinin nəzdindəki istintaq idarələri isə əvvəlki kimi ayrıca fəaliyyətini davam etdirəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva