• 31.03.2026 » 22:58

Faciəvi şəkildə ölən prezidentin qardaşı itkin düşüb

Faciəvi şəkildə ölən prezidentin qardaşı itkin düşüb © sabirabadxeber.az
Şrift ölçüsü:

Qubanın Barlı kənd sakini Pərvin Novruz oğlu Daşdı itkin düşüb.

"Sabirabadxəbər" xəbər verir ki, bu barədə  onun ailə üzvləri məlumat veriblər.

Məlumata görə, o, sonuncu dəfə martın 17-si, gecə saat 23:50 radələrində kənd ərazisindən keçən Samur-Abşeron su kanalı yaxınlığında görünüb.

Bir daha həmin şəxsdən xəbər alınmayıb. Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib

Bildirilib ki, artıq 14 gündür Pərvin Daşdının axtarışları gedir.

Qeyd edək ki, P. Daşdı ötən il Türkiyənin İstanbul şəhərində meyiti tapılan “Şahdağ Quba” futbol klubunun prezidenti Xanbaba Daşdının qardaşıdır. Külli miqdarda borcu olan klub prezidenti ötən il İstanbulda canına qıymışdı.

Ailədən verilən məlumata görə, onun itkisindən sonra qardaşı Pərvin dərindən sarsılıb.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan bildirilib ki, Daşdı Pərvin Novruz oğlunun tapılması istiqamətində polis əməkdaşları tərəfindən zəruri tədbirlər görülür.


Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva