• 31.03.2026 » 14:13

Nazim Bəydəmirlinin xanımı Prezidentə müraciət etdi

Nazim Bəydəmirlinin xanımı Prezidentə müraciət etdi © sabirabadxeber.az
Şrift ölçüsü:

Hazırda həbsdə olan keçmiş millət vəkili, iqtisadçı Nazim Bəydəmirlinin ailəsi onun ev dustaqlığına buraxılması üçün Prezident İlham Əliyevə müraciət edib.

“Sabirabadxəbər” xəbər verir ki, N.Bəydəmirlinin həyat yoldaşı Fəridə Bəydəmirli yaydığı müraciətdə ərinin səhhətində problemlərin olduğunu bildirib.

O, bir neçə gün əvvəl N.Bəydəmirlinin cəza çəkdiyi müəssisədə səhhətinin pisləşdiyini əlavə edib: “Nazim Bəydəmirli 3 ilə yaxındır həbs həyatı yaşayır. Bir neçə gün bundan öncə həbsxanada vəziyyəti pisləşib, 13 nömrəli cəzaçəkmə müəssisəsinin rəhbərliyi zamanında təcili yardım çağırmasaydı, (acil müdaxilə edib oksigen aparatı qoşulub) yəqin ki, bu gün Nazim həyatda olmazdı”.

Fəridə Bəydəmirli əlavə edib ki, həyat yoldaşı hazırda Penitensiar Xidmətin Müalicə Müəssisəsindədir, onun daha geniş imkanları olan xəstəxanada yatırılıb ciddi müalicə olunmasına ehtiyac var.

Xatırladaq ki, Nazim Bəydəmirli 2023-cü il iyulun 4-dən həbsdədir. Ona Cinayət Məcəlləsinin 182.2.2 və 182.2.4-cü (hədə-qorxu ilə tələbetmə – xeyli miqdarda əmlak əldə etmək məqsədilə və təkrar törədildikdə) maddələrilə ittiham edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 8 il həbsə məhkum edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva