• 29.03.2026 » 09:00

Piyadalara su sıçradan sürücüləri hansı cəza gözləyir? - VİDEO

Piyadalara su sıçradan sürücüləri hansı cəza gözləyir? - VİDEO © sabirabadxeber.az
Şrift ölçüsü:

Yağışlı havada sürücülərin sürəti artırması piyadalar üçün ciddi problemə çevrilir.

"Sabirabadxəbər"  Xəzər TV-yə istinadla xəbər verir ki, paytaxtın müxtəlif küçələrində yollarda yığılan su avtomobillərin təkərləri vasitəsilə yol kənarında dayanan insanların üzərinə sıçrayır. Bu isə həm narazılıq yaradır, həm də təhlükəsizlik baxımından risk hesab olunur.

Çəkiliş zamanı müşahidə olunub ki, bəzi sürücülər bu qaydalara əməl etmirlər. Hətta reportaj hazırlanarkən çəkiliş heyəti də belə hallardan zərər çəkib.

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə yağışlı havada daha diqqətli olmağı tövsiyə edir. Bildirilir ki, piyadaların təhlükəsizliyi bütün hərəkət iştirakçıları tərəfindən mütləq nəzərə alınmalıdır.

Qeyd edək ki, belə hallara yol verən sürücülər aşkar edildikdə İnzibati Xətalar Məcəlləsinin 342.1.5-ci maddəsinə əsasən, su və ya palçığın yolda piyadalara, binalara və ya nəqliyyat vasitələrinə qəsdən sıçradılmasına görə 40 manat məbləğində cərimə tətbiq olunur.



Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva