Şrift ölçüsü:
Çap et
"Sabirabadxəbər" xəbər verir ki , Şuşa şəhərində tarixi “Şirin su” hamamı Heydər Əliyev Fondu tərəfindən tam bərpa olunub. Tarixi memarlıq üslubuna uyğun həyata keçirilən bərpa işləri nəticəsində hamam əvvəlki funksional və estetik görünüşünə qayıdıb.
“Şirin su” hamamı şəhərin mədəni irsinin qorunması və turizmin inkişafı istiqamətində əhəmiyyətli layihələrdən biridir. Bərpa olunan hamam yaxın günlərdə ziyarətçilər üçün açılacaq və əhalinin istifadəsinə veriləcək.
Layihə həmçinin Şuşanın tarixi məkanlarının qorunması və gələcək nəsillərə çatdırılması baxımından önəm daşıyır.
Kopyalandı




