• 28.03.2026 » 10:20

Vidadi Mustafayev vasitəsilə rüşvət alanların 14 il həbsi İSTƏNİLDİ

Vidadi Mustafayev vasitəsilə rüşvət alanların 14 il həbsi İSTƏNİLDİ © sabirabadxeber.az
Şrift ölçüsü:

Rusiyanın Yekaterinburq qarnizon hərbi məhkəməsində Sredneuralskın sabiq meri Andrey Zaşlyapinin və FTX-nın keçmiş əməkdaşı Artyom Şunailovun cinayət işi üzrə məhkəmə çıxışları başa çatıb.

"Sabirabadxəbər"  yerli mediaya istinadla bildirir ki, dövlət ittihamçısı Andrey Zaşlyapinə 6 il, Artyom Şunailova isə 8 il azadlıqdan məhrumetmə cəzası istəyib. Bundan əlavə, prokuror ittihamın yenidən təsnifləndirilməsini xahiş edib: sabiq merə Rusiya Cinayət Məcəlləsinin 30-cu maddəsinin 3-cü hissəsi və 291-ci maddə (rüşvət verməyə cəhd), FTX-nın keçmiş əməkdaşına isə 159-cu maddə (dələduzluq) ilə ittiham irəli sürülməsi təklif olunub.

İstintaqın versiyasına görə, 2021-ci ildə təhlükəsizlik orqanının əməkdaşı pul müqabilində şəhər administrasiyasının əməkdaşları ilə bağlı aparılan cinayət işini araşdıran hüquq-mühafizə orqanlarına təsir göstərməyi və “mümkün nəticələri minimuma endirməyi” vəd edib. Rüşvətləri o, özünü Azərbaycan diasporunun nümayəndəsi kimi təqdim edən Vidadi Mustafayev vasitəsilə alıb. Hazırda Mustafayev Rusiya Cinayət Məcəlləsinin 159-cu maddəsi (dələduzluq) ilə həbs olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva