• 27.03.2026 » 09:25

27 mart Beynəlxalq Teatr günüdür.

27 mart Beynəlxalq Teatr günüdür. © sabirabadxeber.az
Şrift ölçüsü:


"Sabirabadxəbər" xəbər verir ki , Ümumdünya Teatr Günü 1962-ci ildə Beynəlxalq Teatr İnstitutu tərəfindən təsis edilib.Hər il martın 27-də Beynəlxalq Teatr İnstitut Mərkəzləri və beynəlxalq teatr ictimaiyyəti tərəfindən qeyd olunur. Bu münasibətlə müxtəlif milli və beynəlxalq teatr tədbirləri təşkil olunur. Bunlardan ən mühümlərindən biri Ümumdünya Teatr Günü Beynəlxalq Mesajının tirajlanmasıdır ki, Beynəlxalq Teatr İnstitutunun dəvəti ilə dünya şöhrətli bir şəxs Teatr və Sülh Mədəniyyəti mövzusunda öz fikirlərini bölüşür. İlk Ümumdünya Teatr Günü Beynəlxalq Mesajı 1962-ci ildə Jan Kokto (Fransa) tərəfindən yazılmışdır. 1961-ci ilin iyununda Beynəlxalq Teatr İnstitutunun 9-cu Ümumdünya Konqresində əvvəlcə Helsinkidə, sonra Vyanada Finlandiya Mərkəzi adından Prezident Arvi Kivimaa təklif etmişdir. Beynəlxalq Teatr İnstitutu Ümumdünya Teatr Gününün təsis edilməsi haqqında qərar qəbul edib. Skandinaviya mərkəzləri tərəfindən dəstəklənən təklif alqışlarla qarşılandı.


N.Quliyeva

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva