• 26.03.2026 » 12:30

Batareya Saxlanc Mərkəzinin mahiyyəti və əhəmiyyəti nədir? - Video

Batareya Saxlanc Mərkəzinin mahiyyəti və əhəmiyyəti nədir? - Video © sabirabadxeber.az
Şrift ölçüsü:

Xəbər verilyi kimi, Azərbaycan Prezidenti İlham Əliyev martın 25-də “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib.

Prezident İlham Əliyevin tapşırığına əsasən “AzərEnerji” ASC tərəfindən iki əsas yarımstansiyada paytaxta yaxın 500 kV-luq “Abşeron” və ölkənin mərkəzində yerləşən 220 kV-luq “Ağdaş” yarımstansiyalarının ərazilərində ümumi gücü 250 MVt, enerji tutumu isə 500 MVt/saat olan böyük enerji saxlanc mərkəzləri yaradılıb. 

Bu cür mərkəzlərin qurulması yalnız Azərbaycanda deyil, ümumilikdə MDB regionunda ilkdir və bu coğrafiyada ən böyük Batareya Enerji Saxlanc Mərkəzləridir.

“Sabirabadxəbər” yeni enerji obyektinin necə ərsəyə gətirilməsi, mahiyyəti və əhəmiyyəti barədə video çarxı  təqdim edir:

N.Quliyeva



Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva