• 26.03.2026 » 12:12

Millət vəkili Umudlu camaatı ilə görüşdü

Millət vəkili Umudlu camaatı ilə görüşdü © sabirabadxeber.az
Şrift ölçüsü:

Milli Məclisin deputatı Anar Məmmədov Şıxarx qəsəbəsində Ağdərə rayonundan olan Umudlu kənd sakinləri ilə görüşüb.

“Sabirabadxəbər” xəbər verir ki, görüşdə YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov iştirak edib.

Görüş zamanı millət vəkili ölkədə həyata keçirilən sosial-iqtisadi islahatlar, işğaldan azad edilmiş ərazilərin bərpası və “Böyük Qayıdış” proqramı çərçivəsində görülən işlər barədə ətraflı məlumat verib. Bildirilib ki, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması və onların doğma yurdlarına qayıdışının təmin edilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.

Görüş zamanı Umudlu sakinləri tərəfindən ən çox qaldırılan və xüsusi vurğulanan məsələ Ağdərə rayonuna köç prosesi zamanı Umudlu kəndində məskunlaşmaq istəyi olub. Sakinlər dövlətimizin apardığı genişmiqyaslı quruculuq işlərini yüksək qiymətləndirərək, yenidən bərpa olunacaq Ağdərədə yaşamaq və qədim yurd yerlərinə can vermək arzusunda olduqlarını bildiriblər.

Sakinlər Ağdərə rayonunda aparılan abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.

N.Quliyeva


Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva