• 26.03.2026 » 11:50

Nazir Zəngəzur dəhlizi üzrə işlərin gedişatını açıqlayıb

Nazir Zəngəzur dəhlizi üzrə işlərin gedişatını açıqlayıb © sabirabadxeber.az
Şrift ölçüsü:

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Zəngəzur dəhlizi ilə bağlı aparılan işlər barədə danışıb.

"Sabirabadxəbər" xəbər verir ki,  Türkiyə bürosunun məlumatına görə, nazir bildirib ki, Türkiyə tərəfdə qalan 224 kilometrlik yolun təmirinə artıq başlanılıb.

“Azərbaycan tərəfdəki işlər sona yaxınlaşır. Zəngəzur koridorunda bir podratçılıq müqaviləsi imzalanıb, lakin tikinti işlərinə hələ başlanmayıb. Düşünürəm ki, gələcəkdə çox gecikmədən başlanacaq. Naxçıvan tərəfdə 180 kilometrlik bir hissə var. Onun bir hissəsi təmir ediləcək, bir hissəsi yenidən tikiləcək. Bizim tərəfdəki 224 kilometrlik hissədə tikinti işlərinə isə artıq başlanılıb”, – nazir bildirib.

N.Quliyeva

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva