• 24.03.2026 » 21:50

İşıq və yol ilə bağlı MÜRACİƏT

İşıq və yol ilə bağlı MÜRACİƏT © sabirabadxeber.az
Şrift ölçüsü:

Ağsu rayonunun Kalva kəndində sakinlərlə görüş keçirilib.


 "Sabirabadxəbər" xəbər verir ki, Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov hüquq-mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Kalva kəndində səyyar qəbul keçirib. 


Səyyar qəbulda vətəndaşlar tərəfindən elektrik enerjisi ilə təchizatın yaxşılaşdırılması, Kalva kəndinin giriş avtomobil yolu boyunca təmizlik və abadlıq işlərinin görülməsi, əlillik təyin olunması, həyatyanı torpaq sahəsinin ayrılması, işlə təminat ilə bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.


Vətəndaş müraciətlərinin bir qismi yerində həll olunub, bəzilərinin həlli nəzarətə götürülüb və onların icrası ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.


N.Səmədova


Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva