• 24.03.2026 » 11:36

Bakının mərkəzində park ərazisində aparılan tikinti işləri NƏ İLƏ ƏLAQƏDARDIR? - VİDEO - FOTO

Bakının mərkəzində park ərazisində aparılan tikinti işləri NƏ İLƏ ƏLAQƏDARDIR? - VİDEO - FOTO © sabirabadxeber.az
Şrift ölçüsü:

Bakı şəhərinin Nərimanov rayonunda yeni salınmış park ərazisində tikinti işlərinin aparıldığı iddia olunub.

"Sabirabadxəbər" Oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı müraciət daxil olub.

Qeyd olunub ki, metronun "Gənclik" stansiyası yaxınlığında yerləşən S.C.Pişəvəri adına parkın bir hissəsi tikinti məqsədilə zəbt edilib.

"Ərazidə "Ganjlik Garden" Tikinti Şirkəti tərəfindən tikinti işlərinə başlanılıb. Park ərazisində həm əvvəldən mövcud olan, həm də yeni əkilmiş çoxsaylı yaşıllıqlar var və aparılan işlər bu yaşıllıqlara zərər vurur", - deyə müraciətdə vurğulanıb.

Sorğuya cavab olaraq parkın rəhbərliyindən bildirildi ki, sözügedən iddialar tamamilə əsassızdır.

"Ərazidə mövcud kommunikasiyaların daha böyük diametrli xətlərlə yenilənməsi işləri aparılır. İşlər lokal xarakter daşıyır və ən qısa zamanda yekunlaşacaq", - deyə məlumatda vurğulanıb.

N.Quliyeva

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva