• 24.03.2026 » 10:34

“Qarabağ” “İmişli”nin qapıçısını istəyir - Meneceri açıqladı

“Qarabağ” “İmişli”nin qapıçısını istəyir - Meneceri açıqladı © sabirabadxeber.az
Şrift ölçüsü:

"İmişli” klubunun qapıçısı Andrey Sinenko karyerasını “Qarabağ”da davam etdirə bilər.

“Sabirabadxəbər” xəbər verir ki, bu barədə belaruslu qolkiperin meneceri Dmitri Xlebosolov məlumat verib.

 O, Belarus mətbuatına açıqlamasında Ağdam klubu ilə danışıq aparıldığını gizlətməyib: “Andrey hazırda statistikaya görə Azərbaycanda ən yaxşı qapıçılardan biridir. Mən onun “Qarabağ”a keçidi ilə bağlı danışıqlar aparmaq üçün tanınmış bir agentə səlahiyyət vermişəm. Mövsüm başa çatdıqdan sonra Andreyin daha yüksəksəviyyəli kluba keçməsi üçün bütün variantları nəzərdən keçirəcəyik”.

Xatırladaq ki, Sinenkonun “İmişli” ilə müqaviləsi 2026-cı ilin yayına qədər nəzərdə tutulub.

N.Quliyeva

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva