• 24.03.2026 » 09:00

Gün ərzində neçə stəkan çay içmək tövsiyə olunur? 

Gün ərzində neçə stəkan çay içmək tövsiyə olunur?  © sabirabadxeber.az
Şrift ölçüsü:

"Çay istehlakının təhlükəsiz həddi gündə 3-5 stəkan arasındadır".

"Sabirabadxəbər" xəbər verir ki, bu barədə rusiyalı nutrisioloq Anastasiya Efimova deyib.

Qeyd olunub ki, həm qara, həm də yaşıl çayın müntəzəm istehlakı insult və ürək-damar ölümü riskini azaldır.

"Məsələn, gündə iki-üç stəkan yaşıl çay içmək insult riskini təxminən 10-15% azaldır və daha müntəzəm istehlakla azalma 20%-ə yüksələ bilər. Bu məlumatlar Yaponiya və digər ölkələrdəki əhali arasında aparılan müşahidələrlə təsbit olunub", - deyə həkim bildirib.

Mütəxəssisin sözlərinə görə, içkinin həddindən artıq istehlakı da müxtəlif mənfi nəticələrə səbəb ola bilər. Yuxu pozuntusuna meyilli olanlar üçün günortadan sonra çay içmək tövsiyə edilmir. Bildirilib ki, çayın çox içilməsi narahatlıq, taxikardiya və yuxu pozuntularına şərait yarada bilər.

N.Quliyeva

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva