• 23.03.2026 » 23:38

Xankəndidə keçiriləcək KUMUN 2026-ya qatılmaq istəyənlərin nəzərinə!

Xankəndidə keçiriləcək KUMUN 2026-ya qatılmaq istəyənlərin nəzərinə! © sabirabadxeber.az
Şrift ölçüsü:

Xankəndidə keçiriləcək 1-ci Qarabağ Universiteti BMT Modeli Konfransı – KUMUN 2026-da iştirak üçün müraciətlər açıq elan edilib.


Sabirabadxəbər” xəbər verir ki, konfrans Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi “Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi çərçivəsində Gənclərin Beynəlxalq Dialoq Platformasının (IYDP) təşkilatçılığı və Qarabağ Universitetinin tərəfdaşlığı ilə həyata keçiriləcək.


29-31 may tarixində Qarabağ Universitetində keçiriləcək konfrans - KUMUN 2026 gəncləri və tələbələri beynəlxalq diplomatiya mühitində bir araya gətirərək regional və qlobal məsələlərin müzakirəsi, fikir mübadiləsi və əməkdaşlıq üçün geniş imkanlar yaradacaq.


İştirakçılar diplomat rolunda çıxış edərək müxtəlif BMT komitələrinin simulyasiyalarında yer alacaqlar.


Konfransın işçi dili ingilis dilidir. Müraciətlər həm yerli, həm də xarici gənclər və tələbələr üçün açıqdır.


N.Səmədova


Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva