• 23.03.2026 » 22:00

Daha bir təyyarə qəzası - 90 nəfər həlak oldu

Daha bir təyyarə qəzası - 90 nəfər həlak oldu © sabirabadxeber.az
Şrift ölçüsü:

Kolumbiyada hələlik müəyyən edilməmiş səbəbdən hərbi təyyarə yerə düşüb. İlkin məlumatlara görə, faciə nəticəsində 90 nəfər həyatını itirib.


"Sabirabadxəbər" xəbər verir ki, Kolumbiya Hərbi Hava Qüvvələrinə məxsus "Hercules" tipli təyyarə ölkənin cənubunda, Peru sərhədi yaxınlığındakı Putumayo bölgəsinin Puerto Lequizamo qəsəbəsində qəzaya uğrayıb. Məlumata görə, təyyarə uçuş zamanı yerə çırpılıb.


Təyyarənin göyərtəsində ümumilikdə 110 nəfərin olduğu bildirilir.


Hazırda qəza bölgəsində axtarış-xilasetmə işləri davam etdirilir və qəzanın dəqiq səbəbləri araşdırılır.


N.Səmədova

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva