• 23.03.2026 » 20:21

Bu qurumlar ləğv olunur

Bu qurumlar ləğv olunur © sabirabadxeber.az
Şrift ölçüsü:

Bakıda Mənzil Kommunal Təsərrüfatı Birlikləri (MKTB) ləğv olunur.


 "Sabirabadxəbər" xəbər verir ki, paytaxtda bu prosesin iyun ayınadək başa çatması gözlənilir.


Qeyd edək ki, Azərbaycanın 2022-2026-cı illər sosial-iqtisadi inkişaf strategiyasına əsasən, Bakı da daxil olmaqla ölkədəki mənzil-kommunal istismar sahələrinin ləğvi və idarəetmənin müasir, özəl və ya kommunal müəssisələr vasitəsilə təşkili nəzərdə tutulur.


Onu da bildirək ki, MKTB-lərin əvəzinə Bakı şəhər İcra Hakimiyyətinin tabeliyində yeni vahid mənzil-kommunal təsərrüfatı MMC-ləri yaradılacaq. Bu islahat, idarəetməni müasirləşdirmək, xidmət keyfiyyətini artırmaq və şəffaflığı təmin etmək məqsədi daşıyır. Yeni strukturlar sakinlərlə müqavilələr əsasında fəaliyyət göstərəcək.


N.Səmədova

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva