• 23.03.2026 » 19:45

Bakıda 70 yaşlı kişi itkin düşdü

Bakıda 70 yaşlı kişi itkin düşdü © sabirabadxeber.az
Şrift ölçüsü:

Bakıda 70 yaşlı Alzaymer xəstəsi Nazim Məmmədzadə itkin düşüb.


 "Sabirabadxəbər" xəbər verir ki, bu barədə  onun ailə üzvləri məlumat veriblər.


Onlar bildiriblər ki, 1956-cı il təvəllüdlü kişi dünən saat 13:40 radələrində Vaqif prospekti ilə Xan Şuşinski küçələrinin kəsişməsində evdən çıxıb və naməlum istiqamətə gedib.


Evdən çıxarkən onun əynində qəhvəyi sviter, qara şalvar, boz rəngdə parça ayaqqabı olub. Alnında xalı var, danışmaqda çətinlik çəkir.


Bu şəxsi görənlərdən yaxınlıqdakı polis əməkdaşlarına və ya polis şöbəsinə xəbər vermələri xahiş olunur.


Hadisə ilə bağlı Nəsimi RPİ-nin 20-ci Polis Şöbəsinə də müraciət edilib və polis tərəfindən axtarış tədbirləri görülür.


N.Səmədova

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva