• 29.01.2026 » 18:50

Ərdoğanla Mirziyoyev görüşdü

Ərdoğanla Mirziyoyev görüşdü © sabirabadxeber.az
Şrift ölçüsü:

Özbəkistan və Türkiyə prezidentləri Ankarada təkbətək görüş keçiriblər.

"Sabirabadxəbər.az"  xəbər verir ki, Şavkat Mirziyoyev və Rəcəb Tayyib Ərdoğan Özbəkistan-Türkiyə hərtərəfli strateji tərəfdaşlığının daha da genişləndirilməsini müzakirə ediblər.

İki lider strateji planlaşdırma qrupunun "4+4" formatında keçirilən görüşünün nəticələrini alqışlayıblar.

Onlar sənaye, kənd təsərrüfatı, sosial müdafiə və digər sahələrdə layihələrin irəlilədilməsinin vacibliyini vurğulayıblar. Müdafiə və təhlükəsizlik, eləcə də kibercinayətkarlıqla mübarizə sahəsində əməkdaşlığın və koordinasiyanın gücləndirilməsinə xüsusi diqqət yetirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva