• 23.03.2026 » 09:40

Orxan Aslanovun evində yanğın - Video

Orxan Aslanovun evində yanğın - Video © sabirabadxeber.az
Şrift ölçüsü:

Tanınmış fotoqraf Orxan Aslanovun evində yanğın baş verib. 

“Sabirabadxəbər" xəbər verir ki, bu haqda paylaşım edən O.Aslanovun sözlərinə görə, hadisə səhərə yaxın qeydə alınıb. 

“Təəssüf ki, bu gün pis bir gün idi. Bütün qarajımızı itirdik, zədələnmiş maşını çətinliklə çıxara bildik və başqa heç nəyi xilas edə bilmədik. Uzun müddətdir yığdığım hər şey yox oldu. Əsas odur ki, heç kim zərər görmədi. Ona görə də hər yaşadığımız gündən zövq almalıyıq. Hər şey yoluna düşəcək”, - fotoqraf qeyd edib. 

Qeyd edək ki, Orxan Aslanovun həyat yoldaşı Günay Aslan Ansari də influenser kimi fəaliyyət göstərir. Cütlüyün iki övladı var.

N.Quliyeva

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva