• 23.03.2026 » 00:00

“İnşaatçı” FK-dan yeni layihə – Kovlarda müasir stadion tikilir

“İnşaatçı” FK-dan yeni layihə – Kovlarda müasir stadion tikilir © sabirabadxeber.az
Şrift ölçüsü:

"Sabirabadxəbər" ə klubun mətbuat xidmətindən  verilən məlumata görə , yeni stadion Sabirabad rayonun Kovlar kəndi ərazisində inşa olunur. Layihənin əsas məqsədi bölgədə futbolun inkişafına təkan vermək, gənclərin idmana marağını artırmaq və yerli yarışların daha yüksək səviyyədə keçirilməsini təmin etməkdir.

Tikintisi davam edən stadion müasir standartlara uyğun şəkildə layihələndirilib. Arenada tamaşaçılar üçün oturacaqlar, futbolçular üçün soyunub-geyinmə otaqları, məşq sahələri və digər zəruri infrastruktur nəzərdə tutulub. Həmçinin, stadionun ərazisində gənc futbolçular üçün məşq imkanlarının yaradılması da planlaşdırılır.

Klub nümayəndələri bildiriblər ki, stadion yalnız “İnşaatçı” Futbol Klubunun oyunları üçün deyil, eyni zamanda rayon səviyyəli turnirlərin, məktəblərarası yarışların və müxtəlif idman tədbirlərinin keçirilməsi üçün də istifadə olunacaq.

Qeyd edək ki, bu cür layihələr bölgələrdə idmanın inkişafına mühüm töhfə verir və gənclərin sağlam həyat tərzinə yönəlməsində böyük rol oynayır. Stadionun yaxın aylarda istifadəyə verilməsi gözlənilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva