• 22.03.2026 » 23:00

Səhiyyə Nazirliyindən əhaliyə ÇAĞIRIŞ

Səhiyyə Nazirliyindən əhaliyə ÇAĞIRIŞ © sabirabadxeber.az
Şrift ölçüsü:

Qarşıdakı istirahət günlərində respirator xəstəliklərin və mövsümi qrip hallarının artması qaçılmazdır.


 "Sabirabadxəbər" Xezerxeber.az-a istinadən xəbər verir ki, Səhiyyə Nazirliyi də vətəndaşlara kütləvi tədbirlərdə fərdi qoruyucu vasitələrdən istifadə etməyi, əl gigiyenasına xüsusi diqqət yetirməyi və ən əsası vitaminlərlə zəngin qidalanmağı tövsiyə edir.


İnfeksionist Mərdan Əliyev deyir ki, ümumi olaraq qrip adlandırsaq da, 200-ə qədər fərqli növ virusa yoluxma mümkündür.


İnfeksionist bildirib ki, mart ayında temperaturun kəskin enib-qalxması bədən üçün bioloji stress yaradır. Bu da insanı viruslar qarşısında müdafiəsiz qoyur.


Mərdan Əliyev əlavə edib ki, bayram günlərini xəstə yatağında keçirməmək üçün təkcə maska və gigiyena kifayət deyil. Eyni zamanda yuxu rejiminə və düzgün geyimə də diqqət etmək vacibdir.


N.Səmədova


Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva