• 22.03.2026 » 14:00

Cənub bölgəsində qarabatdaqların kütləvi tələfatı baş verib - FOTO

Cənub bölgəsində qarabatdaqların kütləvi tələfatı baş verib - FOTO © sabirabadxeber.az
Şrift ölçüsü:

Dəniz qarabatdaqlarının kütləvi tələfatı qeydə alınır.


 "Sabirabadxəbər" APA-ya istinadən xəbər verir ki, dəniz quşlarının tələfatı əsasən şəhərin "Kiçik Bazar" deyilən ərazisində qeydə alınıb. Köçəri quşlar sahilin müxtəlif hissələrində, xüsusilə, iri daşların arasında ölmüş vəziyyətdə aşkarlanır. Sakinlərin sözlərinə görə, onlar belə kütləvi quş ölümü ilə ilk dəfədir ki, qarşılaşırlar.


Mütəxəssislər ehtimal edirlər ki, dəniz balıqları ilə qidalanan bu quşların kütləvi ölüm halı bir neçə amillə bağlı ola bilər. Bu amillər əsasən qida çatışmazlığı, suyun çirklənməsi, zəhərlənmə, iqlim dəyişiklikləri və eləcə də virus mənşəli xəstəliklər ola bilər.


Qarabatdaq quşlarının ölümünün dəqiq səbəblərinin müəyyənləşdirilməsi üçün müvafiq qurumlar tərəfindən araşdırmaların aparılmasının vacibliyi vurğulanır.


N.Səmədova


Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva