• 21.03.2026 » 23:53

Dünyanın ən xoşbəxt ölkələri açıqlandı — Bu ölkə yenə zirvədə

Dünyanın ən xoşbəxt ölkələri açıqlandı — Bu ölkə yenə zirvədə © sabirabadxeber.az
Şrift ölçüsü:

Finlandiya artıq doqquzuncu ildir ki, dünyanın ən xoşbəxt ölkəsi elan olunub.


"Sabirabadxəbər" xəbər verir ki, “World Happiness Report 2026” hesabatına əsasən, siyahıda Şimali Avropa ölkələri yenə lider mövqedədir.


Reytinqə görə, ikinci yeri İslandiya, üçüncü yeri isə Danimarka tutur. İlk beşlikdə həmçinin İsveç və Norveç də yer alıb. Bu ölkələr yüksək həyat səviyyəsi, sosial təminat və sabitliklə seçilir. 


Post-sovet məkanında isə ən yaxşı nəticəni Qazaxıstan göstərib – 33-cü pillədə qərarlaşıb. Rusiya ötən illə müqayisədə geriləyərək 72-ci yerdən 79-cu yerə düşüb. Ukrayna isə siyahıda 111-ci pillədə qalıb.


Hesabatda diqqət çəkən digər məqam isə Əfqanıstanın yenidən dünyanın ən bədbəxt ölkəsi kimi göstərilməsidir. Bu ölkə artıq doqquzuncu dəfədir ki, sonuncu pillədə qərarlaşıb. 


N.Səmədova


Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva