• 21.03.2026 » 11:31

“Nargis” Fondu yardım aksiyası təşkil etdi - Fotolar

“Nargis” Fondu  yardım aksiyası təşkil etdi - Fotolar © sabirabadxeber.az
Şrift ölçüsü:

Ramazan bayramı ərəfəsində “Nargis” Fondu, “Bank Respublika” və “Coca-Cola” şirkətlərinin sponsor dəstəyi, eləcə də Beyləqan Rayon İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə Beyləqan şəhəri və ətraf kəndlərdə yaşayan 141 şəhid ailəsinə bayram sovqatları təqdim olunub.

“Sabirabadxəbər” xəbər verir ki, layihə çərçivəsində ailələr üçün gündəlik tələbatı qarşılayan ərzaq məhsullarından ibarət sovqat qutuları hazırlanaraq ünvanlara çatdırılıb.

Bu təşəbbüs şəhid ailələrinə diqqət və qayğının göstərilməsi, onlara bayram sevincinin bəxş edilməsi məqsədini daşıyır.

“Nargis” Fondu tərəfindən sosial dəstək və xeyriyyə təşəbbüsləri hər il davamlı şəkildə həyata keçirir. Bu istiqamətdə cari ilin Ramazan ayı ərzində də Bakı və Bakı ətrafı kəndlərdə yaşayan aztəminatlı ailələrə yardım sovqatları təqdim edilib.

N.Quliyeva


Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva