• 20.03.2026 » 13:40

"McDonald's Azərbaycan" və DSMF şəhid və veteran övladları üçün Novruz bayramı tədbiri təşkil edib

"McDonald's Azərbaycan" və DSMF şəhid və veteran övladları üçün Novruz bayramı tədbiri təşkil edib © sabirabadxeber.az
Şrift ölçüsü:

"McDonald's Azərbaycan şirkəti Dövlət Sosial Müdafiə Fondu ilə birgə Novruz bayramı münasibətilə şəhid və veteran ailələrinin uşaqları üçün bayram tədbiri təşkil edib.


"Sabirabadxəbər" xəbər verir ki,  tədbirdə Sumqayıt şəhərində yaşayan şəhid və veteran ailələrindən olan 50-dən çox uşaq iştirak edib.


Qonaqlar üçün bayram proqramı hazırlanıb. Uşaqlar restoranda nahar edib, daha sonra onlar üçün oyunlar və animatorların iştirakı ilə əyləncə proqramı təşkil olunub. Tədbirin sonunda iştirakçılara xüsusi hədiyyələr təqdim edilib.


Tədbir "McDonald's Azərbaycan" ilə DSMF arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində keçirilib.


Bu əməkdaşlıq şəhid və veteran övladları üçün sosial və təhsil layihələrinin həyata keçirilməsinə yönəlib.


Son illər ərzində bu əməkdaşlıq çərçivəsində bir sıra layihələr həyata keçirilib.


Belə ki, şəhid ailələrindən olan məktəblilərin dəstəklənməsi, onların məktəb ləvazimatları ilə təmin olunması, maarifləndirici görüşlərin təşkili, beynəlxalq olimpiadalarda fərqlənmiş şəhid və veteran övladları üçün yay düşərgələrinin keçirilməsi, eləcə də uşaqlar üçün teatr tamaşaları kimi mədəni təşəbbüslər yerinə yetirilib. Bu layihələr uşaqlar üçün inkişaf, təhsil və ictimai həyatda fəal iştirak imkanları yaradır.


Belə tədbirlərin cari ildə də davam etdirilməsi nəzərdə tutulur.


N.Səmədova


Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva