• 20.03.2026 » 10:42

Ağdam Cümə Məscidində bayram namazı qılındı

Ağdam Cümə Məscidində bayram namazı qılındı © sabirabadxeber.az
Şrift ölçüsü:

Ağdam Cümə Məscidində bayram namazı qılınıb.

“Qafqazinfo” xəbər verir ki, uzun illər işğal dövründə ciddi zərər görmüş məsciddə bu cür dini mərasimlərin yenidən keçirilməsi bölgədə həyatın bərpasının mühüm göstəricisi kimi qiymətləndirilir.

Bayram namazında iştirak edənlər birlik, həmrəylik və sülh duaları ediblər. İbadət zamanı ölkənin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin ruhu yad olunub, qazilərə şəfa dilənib.

Qeyd edək ki, Qarabağ münaqişəsi zamanı zərər görən Ağdam şəhərində aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri çərçivəsində məscid də əsaslı şəkildə təmir olunub. Hazırda dini abidə əvvəlki görkəminə qaytarılaraq ibadətə açıqdır./Qafqazinfo

N.Quliyeva

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva