• 17.03.2026 » 18:36

Sosial şəbəkə mübahisəsi faciə ilə bitdi

Sosial şəbəkə mübahisəsi faciə ilə bitdi © sabirabadxeber.az
Şrift ölçüsü:

Gəncə Ağır Cinayətlər Məhkəməsində 52 yaşlı kişini döyərək öldürməkdə təqsirləndirilən İnqilab Qayıbovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


"Sabirabadxəbər" xəbər verir ki,  son iclasda müttəhimə hökm oxunub: İ.Qayıbov 1 il 5 ay müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə İ.Qayıbovun cəzasını həbs edildiyi gündən hesablayıb və bu müddət martın 4-də başa çatdığı üçün o, azadlığa buraxılıb.


İttihama görə, hadisə 2024-cü il sentyabrın 27-də Tərtər şəhəri, Heydər Əliyev küçəsindəki parkda baş verib.


Bundan əvvəl 1974-cü il təvəllüdlü Yaşar Abdullayev sosial şəbəkədə 1994-cü il təvəllüdlü həmyerlisi İnqilab Qayıbovla mübahisə edib. Mübahisədən sonra Qayıbov Y.Abdullayevin qeyd edilən parkda olduğunu müəyyən edərək, oraya gəlib, mübahisəni davam etdirib. Bu zaman o, Y.Abdullayevə yumruqla zərbə vurub.


Abdullayev zərbənin təsirindən özünü itirərək yıxılıb. Yaxınlıqdakı şəxslərin köməkliyi ilə xəstəxanaya yerləşdirilsə də onun həyatını xilas etmək mümkün olmayıb. O, aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.


Faktla bağlı cinayət işi başlanılıb və İ.Qayıbov saxlanılıb.


N.Səmədova

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva